Ermənistan ordusu zabitinin sərxoş vəziyyətdə törətdiyi yol qəzasında bir nəfər xəsarət alıb.
Mynews.az report-a istinadən xəbər verir ki, hadisə Yerevan-Sevan avtomobil yolunda baş verib.
Belə ki, 32 yaşlı Erik Petrosyanın idarə etdiyi "Volkswagen" markalı avtomobil 40 yaşlı Qurgen Sarkisyanın idarə etdiyi "Toyota Land Cruiser"ə çarpılıb. "Toyota Land Cruiser" Ermənistan olqarxı, müxalifətdə olduğu iddia edilən "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsraukyanın atası Nikolay Tsraukyana məxsusdur. Qəza da Q.Tsarukyana məxsus yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib.
Amma Nikolay Tsraukyan hadisə zamanı avtomobildə olmayıb. "Volkswagen"ndəki sərnişin Valeri Kazaryan isə xəsarət alıb. Onu xəstəxanaya yerləşdiriblər.
Məhkəmə tibbi ekspertizası nəticəsində Erik Petrosyanın sərxoş olduğu məyyənləşib. E.Petrosyan Ermənistan ordusunun zabitidir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub