Mobil telefonlar artıq həyatımızın vazkeçilməz hissəsinə çevirilib. Hara getsək də, onları özümüzlə daşıyırıq.
Metbuat.az xəbər verir ki, ancaq texnoloji cihazlar bəzi hallarda sağlamlığımız üçün təhlükəli ola bilər.
Arxa cib
Cib telefonunu şalvarın arxa cibində daşımaq şübhəsiz ki, rahatdır. Ancaq bu vəziyyətdə bəzi problemlərlə qarşı-qarşıya qalırıq:
Ayaqlarınızda və qarnınızda tez-tez ağrı hiss edirsiniz? Bunun səbəbi telefonunuzu arxa cibinizə qoymağınız ola bilər.
Arxa cibə qoyulan telefonlar asanlıqla düşüb qırıla bilərlər.
Ön cib
Mobil telefonları ön cibə qoymaq, xüsusilə kişilər üçün zərərlidir. Araşdırmalara görə, cib telefonlarının elektromaqnit dalğaları spermanın keyfiyyətini aşağı salır.
Büstqalter
Bəzi elm adamlarına görə, büstqalterin içərisinə telefon qoymaq xərçəng riskini artırır.
Omba
Aparılan araşdırmaya görə, telefonu omba sümüyünün yanında saxlamaq sümüyün zəifləməsinə səbəb olur. Buna görə də, telefonunuzu qalın çantada saxlaya bilərsiniz.
Yastığın altında
Telefonunuzu yastığınızın altında saxlamaq müxtəlif problemlərə səbəb ola bilər. Məsələn:
Gecələr bildiriş gəldikdə ekran tez-tez işıqlanır. Yanan işıq melatonin istehsalına təsir edir. Melatonin qaranlıqda yaranan yuxu üçün önəmli hormondur, hüceyrə yeniləyici və immunitet sistemini gücləndirici xüsusiyyətləri var. Yetəri miqdarda istehsal olmaması yuxu problemlərinə və müxtəlif xəstəliklərə səbəb ola bilər
Uzun müddət elektromaqnit dalğalarına məruz qalmaq baş ağrılarına və gicəllənməsinə səbəb olur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub