Üz-gözünə həyat yoldaşının qanı sıçrayan kişi Facebook-da canlı yayım edib.
Milli.Az Al Arabiya-ya istinadla xəbər verir ki, sosial şəbəkədə canlı yayıma çıxan 41 yaşlı Abu Marvan (Əbu Mərvan) izləyicilərinə qorxulu anlar yaşadıb.

“Ey ərlərinə tabe olmayan, itaət etməyən, onları əsəbiləşdirən qadınlar, hamınızın axırı bax belə olacaq” deyən Əbu Mərvan həyat yoldaşını bıçaqlayaraq öldürdüyünü söyləyib.
Hadisə Almaniyanın Baden Vürttemberq şəhərində baş verib. O, cinayətdən sonra saxlanılıb. O bildirib ki, ondan boşanmış arvadı livanlı kişiyə ərə getmək istədiyinə görə onu öldürüb. Almaniya mətbuatının yazdığına görə, Abu Marvan 37 yaşlı keçmiş arvadına boyun nahiyəsindən 5 bıçaq zərbəsi endirib.
Qeyd edək ki, Əbu Mərvan Suriya əsillidir. Onların 12 yaşlı bir övladı da var. Hadisədən sonra öz əməlinə haqq qazandırmağa çalışan qatil Facebook-da canlı yayıma 12 yaşlı oğlu ilə çıxıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub