Separatçı Dağlıq Qarabağ rejimi Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü deyil və təşkilat Xankəndinə hərbi dəstək verməyəcək.
Mynews.az-ın News.am-a istinadən xəbərinə görə, bu barədə KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov deyib.
O qeyd edib ki, KTMT bütün müqavilələri Ermənistanla imzalayıb və müvafiq olaraq, təşkilatın Yerevan qarşısında öhdəlikləri var.
“Ermənistan vətəndaşları əmin ola bilərlər ki, lazımi vaxtda KTMT onları tək qoymayacaq”, - Sidorov qeyd edib.
Birləşmiş Qərargah rəisi xüsusi vurğulayıb ki, KTMT quruma üzv olan hansısa ölkənin iştirakçısı olduğu bu və ya digər münaqişəyə müvafiq yardım çağırışı olmadan müdaxilə etmək səlahiyyətinə malik deyil.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub