İzmirdə baş verən hadisə Türkiyə gündəminə düşüb.
İzmirdə çalışdığı firma tərəfindən təxminən 3 ay əmək haqqı ödənməyən D.Ç. pulunu almaq üçün getdiyi iş yerinin sahibi Xülya D-nin sevgilisi Alaeddin Y. tərəfindən şiddətə məruz qalıb.
İş yerinin personal mətbəxi hissəsində bədbəxt qadına hücum edən Alaeddin Y, iddiaya görə D.Ç-yi əvvəl yumruqlayıb, təpikləyib, sonra da üstünə çıxıb tullanıb. Bədəninin müxtəlif yerlərində qançırlar əmələ gələn bədbəxt qadın Alaeddin Y. və Hülya D. haqqında şikayətçi olub. D.Ç. "bu işin arxasını buraxmayacağam" deyib.
"ÜZƏRİMƏ YERİDİ"
Qarabağlar rayonundakı tekstil firmasında işləməyə ötən İlin dekabr ayında başladığını deyən D.Ç. yanvar ayından etibarən maaş almadığını söyləyərək, "ötən şənbə günü işi buraxdım. Bazar ertəsi günü yoldaşımla birlikdə pulumu almaq üçün getdim. O gün gedəndə Xülya D. yox idi. Telefonla dəfələrlə zəng etməyimə baxmayaraq, cavab vermədi. Daha sonra dostuma mesaj atdı. Mesajda "sən çəkin, ona tabe olma. Mən sizə ayın 10-unda ödəmə edəcəyəm. Uymayın ona" deyə təhqir ehtiva edən mesaj atıb. Mən də daha sonra dostumun telefonundan Xülya D-yə onu iş yerində gözlədiyimə dair mesaj atdım. Daha sonra Hülya D. iş yerinə gələrək üzərimə yeridi" deyib.
Yaşadığı hadisə sonrası psixologiyasının pozulduğunu və yatmadığını söyləyən D.Ç. "sonuna qədər gileylənirəm. Susmayacağım. Bu işin arxasını buraxmayacağam. Bir çox qadın döyüldükdən sonra danışmır" deyib.
//metbuat
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub