Aİ Şurası Ukrayna ətrafındakı vəziyyətə görə 150 nəfər və 38 təşkilatla bağlı sanksiyaları daha yarım il müddətinə, sentyabrın 15-nə qədər uzadıb.
Mynews.az-ın verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının saytında yerləşdirilən elanda məlumat verilib.
Qeyd edilir ki, birlik “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan və ya təhlükə altına qoyan hərəkətlərə görə” məhdudlaşdırıcı tədbirlərin vaxtını uzadıb.
Avropa Birliyi, ABŞ, həmçinin bir sıra başqa ölkələr Krımın Rusiyaya birləşdirilməsi, sonra isə Ukraynanın cənub-şərqindəki münaqişə ilə əlaqədar 2014-cü ildə məhdudlaşdırıcı tədbirlər həyata keçiriblər.
Buna cavab olaraq, Moskva anti-Rusiya sanksiyalarına dəstək verən bir çox ölkələrdən ərzaq idxalatını qadağan edib.
Moskva dəfələrlə qeyd edib ki, Donbasdakı münaqişənin tərəflərə aidiyyəti yoxdur, razılıq şərtlərinin yerinə yetirilməsinə görə isə məsuliyyəti Kiyev daşıyır. Rusiya Krımın birləşdirilməsi prosedurunun beynəlxalq normalara tamamilə uyğun olduğunu deyir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub