Türkiyədə yaşanan tragikomik hadisə bu gün ölkə mediasının gündəmini zəbt edib.
Mynews.az yenisafak.com-a istinadən xəbər verir ki, Adıyamanda yaşayan Əli və Gülay Bozköşə cütlüyünün övlad həsrətinə 21 ildən sonra son qoyulub və onların körpəsi dünyaya gəlib.
Lakin cütlük sevinməyə macal tapmadan erkən doğulduğuna görə həyatını itirən körpəni torpağa tapşırmalı olub. Hadisə isə bununla da bitməyib. Besni Hira məzarlığında dəfn edilən körpələrini bir həftə sonra ziyarətə gələn cütlük ikinci dəhşətli şokla qarşılaşmalı olub.
Məzar açılmışdı və körpənin cəsədi məzarda yox idi. “Mən yeznəmizdən şübhə etdim və dərhal polisə xəbər veridm. Yeznəm körpəmizi məzardan çıxarıb başqa yerə dəfn etmişdi, çünki, bu məzar yerini bələdiyyə hər ikimizə satmışdı. Biz yenidən körpəmizi alıb üçüncü dəfə dəfn etməli olduq. Hər kəs bir dəfə basdırılır, mənim balam 3 dəfə basdırıldı”,- deyə Əli Bozköşə bildirib.
Hadisə nəzticəsində nəzarətə alınan yeznə və qəbiristanlıq işçiləri sərbəst buraxılıb.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub