İranda qəzaya uğrayan türkiyəli iş adamı Hüseyn Başarana məxsus təyyarənin qara qutusu tapılıb.
BAKU.WS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumatına görə, "qara qutu" Helan dağında tapılıb.
Bundan başqa, qəza nəticəsində həlak olan 1 nəfərdən 8-nin meyiti tapılıb.
Məlumata görə, 3 cəsədin demək olar ki, tamamilə yandığı ehtimal edildiyindən tapılmasında çətinlik çəkilir.
Tapılan cəsədlər və "qara qutu" yaxın günlərdə Türkiyəyə göndəriləcək.
Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn özəl təyyarə İranın paytaxtı Tehranın cənubunda qəza edib. Təyyarədə 2 qadın pilot, 1-i stüardessa olmaqla 8 sərnişin dünyasını dəyişib.
Təyyarənin "Başaran Holdinq"ə məxsus olduğu açıqlanıb. Hava gəmisində olanların şəxsiyyəti açıqlanıb. Təyyarədəkilərin Hüseyn Başaranın qızı Mina Başaran və 7 rəfiqəsi olduğu məlum olub. Qızlar subaylığa vida partisindən qayıdırmış.
Baş verən qəza zamanı heç bir sərnişini xilas etmək mümkün olmayıb.
Qəzada dünyasını dəyişən 28 yaşındakı Mina Başaran holdinqin vəliəhdi olaraq göstərildi. Ailənin tək qızı idi. Mina iddialı və istedadlı xarakteri ilə diqqətləri cəlb edirdi. 2013-cü ildə "Başaran Holdinq"in İdarə Heyətinin üzvü olub. Qida, turizm, yaxta, inşaat və enerji sahələrində fəaliyyət göstərən Hüseyn Başaran Türkiyənin tanınmış iş adamlarından sayılır.













1
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
352 dəfə oxunub
2
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
345 dəfə oxunub
3
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
333 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
317 dəfə oxunub
5
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
317 dəfə oxunub