İranda qəzaya uğrayan Türkiyəyə məxsus özəl sərnişin təyyarəsində dünyasını dəyişən iş adamının qızı Mina Başaran ilə olan fotosuna görə sosial şəbəkədə öldüyü iddia edilən pilot Elif Ulusoy danışıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, qadın pilotun 2 həftə öncə işdən qovulduğu ortaya çıxıb.
Mina Başaran ilə bir müddət əvvəl çəkdikləri bir fotonun sosial şəbəkədə yayılmasından sonra telefonlarının susmadığını söyləyən Ulusoy tanışlarını sağ olduğu barədə inandırmağa çalışdığını deyib.
Ulusoyun qəzaya uğrayan təyyarənin məxsus olduğu "Başaran Holding"dəki işindən iki həftə öncə çıxarıldığı məlum olub. Əgər pilot Ulusoy işdən çıxarılmasaydı, böyük ehtimalla o da qəzaya uğrayan təyyarədə olacaqdı.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub