İran iki gün əvvəl qəzaya uğrayan türk təyyarəsi ilə bağlı sosial şəbəkədə yayılan iddiaları təkzib edib.
Mynews.az Sputniknews-a istinadla xəbər verir ki, ötən gün "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus "Bombardier Challenger 600" təyyarəsi İranda qəzaya uğrayıb. BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. Təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış. Mine Başaran təyyarəyə minməzdən əvvəl rəfiqələri ilə birlikdə selfi çəkib, sosial şəbəkədə yayıb. Qəza nəticəsində sağ qalan olmayıb.
Qəzadan sonra sosial şəbəkələrdə pilotların təyyarəni təcili endirmək üçün İrandan icazə istəməsi, İranın isə icazə verməməsi ilə bağlı şayiələr yayılıb.
İranın Aviasiya təşkilatından məsələyə aydınlıq gətirilib. Bildirilib ki, səsləndirilən iddialar əsassızdır. Belə bir təklif olmayıb.
"Təyyarə əvvəlcə yerə doğru yaxınlaşıb, sonra sürət yığmaq istəyərkən radardan itib və qəzaya uğrayıb".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub