Sirr deyil ki, Ermənistan hökuməti artıq uzun müddətdir ki, xarici işlər naziri Edvard Nalbandyanı tutduğu vəzifədən uzaqlaşdırmaq istəyir. Lakin o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sevimlisidir və Lavrov Nalbandyandan başqa heç kəsi bu vəzifədə görmək istəmir.
Mynews.az-ın verdiyi xəbərə görə, bu barədə erməni qəzeti “Jamanak” yazıb.
Qəzetin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin onu (Nalbandyanı - red.) 2016-ci ilin avqustunda medalla təltif edib. Bununla da o, sentyabrda formalaşdırılmalı olan yeni Ermənistan hökumətində işdən çıxarılmadan xilas ola bilib:
“Ermənistan hökuməti Lavrova qarşı çıxmaqdan çəkinərək Nalbandyanı xarici işlər naziri vəzifəsində saxlayıb. Lakin nazirliyin idarə edilməsi baş katib adını daşıyan başqa adama veriləcək”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub