İki uşaq anası 24 yaşlı Rafaelə Lamprou adlı qadın yeddi ay əvvəl oğlu Anjeloyu dünyaya gətirdikdən sonra artıq qalan südünü orqanizm inkişaf etdirən adamlara sataraq indiyə qədər 8 min dollar pul qazanıb. Gənc ana bu prosesdə 500 litr süd sağaraq satıb.
Qadın daha əvvəl artıq qalan südünü saxlamaq imkanı olmadığı üçün başqa analara verib, amma daha sonra kişilərin pəhriz və orqanizmi inkişaf etdirmək üçün südünü tələb etməsi üzərinə, kişilərə satmağa başladığını deyib. Rafaela südünü satmaq üçün "Facebook" qrupu yaratdığını, özündən süd tələb edən insanların siqaret və spirt içmədiyindən əmin olmaq üçün onu sınaqdan keçirdiklərini də deyib. Həyat yoldaşı və iki uşağı ilə birlikdə yaşayan qadın hər gün nizamlı olaraq südünü müştərilərinə göndərir.
Həyat yoldaşı da bu prosesdə ona dəstək verir.
Rafaela gündə təxminən 2 litr süd sağır. İlk başda bu fikir ona çox qəribə gəlmişdi, amma sonradan adət o, buna adət edib.