Bir həftə öncə Türkiyənin İzmir şəhərində yanğın zamanı otelin pəncərəsindən özünü atan Belarus əsilli qadınla onu havada tutaraq ölməkdən xilas edən şəxs görüşüb.
Mynews.az Haberler-ə istinadən xəbər verir ki, Belarus əsilli Inna Blokna möcüzəvi şəkildə onu xilas edən Adnan Bilgiçlə bir araya gəlib.
25 yaşlı Inna Blokna üç uşaq atası olan 40 yaşlı Adnan Bilgiçə "Sənə minnətdaram, həyatımı xilas etdin" sözləri ilə təşəkkür edib.
Inna Blokna ilə Adnan Bilgiçin görüşü duyğusal anlara səhnə olub. Inna Blokna "O hər zaman yaddaşımda qəhrəmanım olaraq yaşayacaq. Bu gün yaşayıramsa və şikəst qalmadımsa, birbaşa Adnan qardaşımıza borcluyam. Mən yuxarıda çarəsiz qalarkən hər kəs seyr edib, kameraya çəkirdi. Amma Adnan böyük bir insanlıq nümunəsi göstərdi. Bundan sonraki həyatımda Adnan Bilgiç mənim hər zaman qardaşım olaraq qalacaq. Adnanın həbsxanaya girəcəyini öyrəndiyim üçün çox məyusam. Tez bir zamanda cəzasını çəkib, yanımıza qayıtmağını səbirsizliklə gözləyirəm" deyib.
1
"Qarabağ" Nəriman Axundzadəni satdı
1103 dəfə oxunub
2
Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı
1083 dəfə oxunub
3
Türkiyə Superliqası: "Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi
1070 dəfə oxunub
4
Bu ərazilər Rusiyanın nəzarətinə keçdi
1068 dəfə oxunub
5
Nigar Camal “Barbie” oldu - VİDEO
1047 dəfə oxunub