"Ölkə.Az" xəbər verir ki, nazirliyin rəsmi saytından verilən açıqlamada Meyin Skripal və qızının zəhərlənməsi hadisəsini Rusiya ilə əlaqələndirməsi və bu səbəbdən real olmayan bəhanələrlə Moskvanı “cəzalandırma” tədbirləri görülməmiş təxribat adlandırılır. Nazirlik bu addımın iki ölkə arasındakı dialoqun özülünü məhv etdiyini bildirib.
“İngiltərə hökumətinin siyasi maraqlarına görə 23 rus diplomatı ölkədən çıxarması da daxil olmaqla münasibətlərə ciddi zərər vermə qərarı qəbul edilə bilməz və dəyərsizdir. Rəsmi London istintaqı tamamlamaq və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatındakılar da daxil olmaqla beynəlxalq formatları tətbiq etmək əvəzinə Rusiya ilə mübarizə aparmağı seçdi. İngilis hökuməti bu hadisənin istintaqında birtərəfli və şəffaf olmayan addımlar ataraq Rusiyaya qarşı yeni bir kampaniya başlatdı. Təbii ki, cavab tədbirləri özünü çox gözlətməyəcək”, - deyə açıqlmada qeyd edilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub