Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy yeni açıqlama verib.
Mynews.az xəbər verir ki, o, 19 martda Vaşinqtonda baş tutması planlaşdırılan görüşün təxirə salındığını bildirib.
Xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ səfərində FETÖ ilə mübarizə, İraq və Suriya məsələlərinin gündəm olması gözlənilirdi.
Görüşün təxirə salınmasının Tillersonun işdən çıxarılması ilə bağlı olduğu ehtimal edilir.
“Martın 19-da Vaşinqtonda bir görüşümüz olacaqdı. Amma indi Reks Tillerson vəzifəsindən ayrıldığı üçün ertələnə bilər. Nə edəcəyimizi müzakirə edirik”, – dünən Moskvada keçirilən Türkiyə-Rusiya VI Ortaq Strateji Planlama Qrupunun iclasında Çavuşoğlu bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub