Sülh, sabitliyi qorumaq üçün ərazi bütövlüyünə dair beynəlxalq hüquqa sadiqliyimizi bəyan edirik.
Mynews.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Münasibətlərimizin uzun tarixi var. Əsas məsələ müasir dövr münasibətləri və gələcək üçün planlarımızdır”, - deyə qeyd edən gürcü nazir bildirib ki, müstəqilliyin ilk illərindən Gürcüstan Azərbaycan, Türkiyə və İranla bərabər əsasda əlaqələri inkişaf etdirməyə çalışır.
O, Gürcüstanın ərazi bütövlüyünə verilən dəstəyə görə təşəkkür etdiklərini qeyd edib.
“Biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.
Sülh, sabitliyi qorumaq üçün ərazi bütövlüyünə dair beynəlxalq hüquqa sadiqliyimizi bəyan edirik. Bu əməkdaşlıq regionda sülh, sabitlik və rifaha yönəlib.
Bu ölkələrin nəqliyyat dəhlizi potensialı daha geniş istifadə oluna bilər.
Asiya və Avropanı birləşdirmək üçün bu imkanlardan yararlanmaq lazımdır.
Müntəzəm görüşlərimizi davam etdirməliyik”, - deyə gürcü nazir sözlərinə əlavə edib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub