İranda 3 ay əvvəl başlayan küçə nümayişləri yenidən alovlanıb.
A24.az xəbər verir ki, ölkənin fərqli yerlərində küçələrə çıxan qadınlar baş örtüklərini çərşənbə tonqallarına ataraq, qadağanın ləğv olunmasını istəyiblər.
Onlar həmçinin hicab qadağasına meydan oxuyaraq, başaçıq vəziyyətdə çərşənbə tonqalının ətrafında rəqs ediblər.
Qeyd edək ki, 3 ay əvvəl Vida Müvəhhid adlı 31 yaşlı qadının Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq başlatdığı etiraz kampaniyası sosial şəbəkələrdə böyük kütlə tərəfindən rəğbətlə qarşılanıb və ona “İnqilab küçəsinin qızı” adı verilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub