Uşaqlarınızı sosial şəbəkələrdən uzaq tutun: Bu “oyun” səbəbindən 20 nəfər intihar edib – 18+ - FOTOLAR

1324
Uşaqlarınızı sosial şəbəkələrdən uzaq tutun: Bu “oyun” səbəbindən 20 nəfər intihar edib – 18+ - FOTOLAR

Valideynlər panikadadır: Rusiyada sosial şəbəkədə uşaqları, sanki yağışdan sonra çıxan göbələklər kimi intihara təhrik edən qruplar yaranmağa başlayıb. Artıq 20 yeniyetmə öz həyatına son qoyub. Rusiya KİV-ində həyəcan təbili çalınır, lakin belə görünür ki, bununla yalnız baş verənlərə maraq qızışır…

Rusiya KİV-nin xəbərinə görə, mexanizm olduqca sadədir. Uşaq oyun linki üzrə keçid edir və sosial şəbəkədəki qruplardan birinə düşür. Onunla dərhal “kurator” əlaqə saxlayır. “Kurator” ilk öncə əhval-ruhiyyədən ev ünvanına qədər mümkün qədər çox məlumat əldə etməyə çalışır. Daha sonra uşağa tapşırıq göndərilir. Tapşırıq isə “cəsarətin yoxlanışı” xarakteri daşıyır…

İlk vaxtar hər şey ziyansız görünür, misal üçün əldə qrupun rəmzini çəkmək əmr olunur. Daha sonra tapşırıq getdikcə daha təhlükəli xarakter alır (misal üçün: əli ülgüc tiyəsi ilə zolaq-zolaq kəsmək).

 

Ən çox “məşhurluq” qazanan qrup “Mavi balinadır” (“Siniy kit”), bundan əlavə “Məni 4:20-də oyat”, “Mən oyundayam”, “Sakit ev” qrupları da mövcuddur. Diqqəti yalnız qrup adlarında cəmləşdirmək lazım deyil. Belə ki, getdikcə yeniləri ortaya çıxır.

Uşaqların bu cür oyunları oynama səbəbi çox sadədir. Yeniyetmələr hər zaman digərlərinə hünərlərini nümayiş etdirməyi xoşlayırlar. Əvvəllər uşaqlar bu məqsədlər üçün gecə qəbiristanlığa gedir və digər oxşar hərəkətləri edirdilər. İndi isə bütün bu hallar İnternetdə baş verir.

Psixoloqların sözlərinə əsasən, belə oyunların təşkilatçıları özünəqapalı şəxslərdir. Onlar özlərini real həyatda alçaldılmışlar kimi hiss edirlər və İnternetdə özlərini təsdiqləməyə çalışırlar.

Əslində, çətin ki, başqalarını intihar həddinə çatdırmağa səy göstərməyə çalışırlar, sadəcə onlara başqaları üzərində “rəhbərlik” etmək xoş gəlir.

Sosial şəbəkə administratorları mütəmadi olaraq oxşar qrupları bloka salırlar, lakin onlar yenidən ortaya çıxırlar. Belə ölüm qruplarından birinin təşkilatçısı olan 21 yaşlı Filipp Budeykinin həbsi belə digərlərini oxşar əmməllərdən əl çəkməyə vadar edə bilməyib.

Ölüm qrupları barədə ictimaiyyətə hələ 2016-cı ilin mayında məlum olub. Qalina Mursaliyevanın təhlükəli əyləncə barədə söhbət açdığı rezonans yaradan məqalə məhz o zaman işıq üzü gördü. Lakin hazırda belə “oyunlara” yeni maraq dalğası yaranıb.

Bu cür hallarla mübarizə aparmağın yolları sadədir. Uşaqlarla ünsiyyət qurmağı öyrənmək, onların əhvalından məlumatlı olmaq və uşaqlar üçün qorxu, problemlərini ilk olaraq paylaşa biləcəkləri dost olmaq lazımdır.

(inter.az)

 
 

Xəbər lenti