Bu ölkədə fahişəlik qanunidir 12 yaşlı qızlar cazibədar olsun deyə… – ŞOK FAKTLAR - FOTOLAR

988
Bu ölkədə fahişəlik qanunidir 12 yaşlı qızlar cazibədar olsun deyə… – ŞOK FAKTLAR - FOTOLAR

Bir sıra qərb ölkələrində fahişəlik leqaldır. Lakin Asiya ölkələrində, ələlxüsus da müsəlman ölkələrində bu “qədim peşə”nin qanuniləşdirilməsinə çox az hallarda rast gəlinir.

Fahişəliyin qanuni olduğu Banqladeş haqqında maraqlı faktlar təqdim edirik.

Banqladeş ən kasıb müsəlman ölkəsi sayılır. Ölkə daha çox çəltik və çay istehsalı ilə tanınır. Bütün bu peşələrlə yanaşı ölkədə pritonların fəaliyyəti də leqaldır. Lakin bir çox qərb ölkələrindən fərqli burada qadınlar adətən bu yola maddi məcburiyyət və zorakılıq qarşısında bu yolu seçir.

Bu ölkədə insan alverinin qurbanı olanlar da az deyil. Ölkənin ən qədim və ikinci böyük fahişəxanası olan “Kandapara”da olan fotoqraf hər tərəfi qalın divarlarla bağlı olan bu kiçik fahişə şəhərciyini çəkdiyi fotolarla geniş şəkildə təqdim etməyə çalışıb.

“Kandapara” artıq 200 ildən çoxdur ki, fəaliyyət göstərir və 800-dən çox qadının sonuncu ümid yeridir. Ailədaxili şiddətə dözə bilməyən qadınlar “öz cəhənnəmimi özüm seçəcəm”deyərək buraya üz tutur.

“Kandapara”da hər il onlarla uşaq dünyaya gəlir. Əfsuslar olsun ki, burada doğulan qız uşaqları elə gələcək həyatlarını da seks işçisi kimi davam etdirməli olurlar.

Həm cəmiyyətin qınağı, həm də yaşam şəraitlərinin çətin olması, onlara bu divarlardan kənardakı həyatda yaşamağa imkan vermir.
İnsan alverinin qurbanı olaraq fahişəxanaya satılan uşaqların yaşı, əsasən, 12-14 yaş aralığında olur. Həmin uşaqlara daha böyük, cazibədar görünsün, bədən ölçüləri banqladeşli kişilərin istəklərinə uyğun olsun deyə vitamin adı ilə steroid və hormonlar qəbul etdirilir. Bunun nəticəsidir ki, yetkinlik yaşına çatdığı zaman onlarda sağlamlıq problemləri yaranır.

Fahişəxanaya satılan qızlar 5 il boyunca borclarını ödəməyə və oradan çıxmağa çalışsalar da, müddət bitdikdən sonra da ictimai qınaqlara görə fahişəxananı tərk edə bilmirlər.
Hazırda Banqladeşdə 10-larla fahişəxana leqal fəaliyyət göstərir.

Hazırda Banqladeşdə cəmiyyətlə bağlı sıra qorxunc statistikalar eşidilməkdədir. Bunlardan biri azyaşlı qızları ehtiva edən göstəricilərdir. Beləki ölkədə hazırda rəsmi statistikaya görə 29% qız 16 yaşına çatmamış evləndirilir. 65 faizi isə 18 yaşına çatmamış evlənmək məcburiyyətində qalır.

 

Xəbər lenti