Uşağa işgəncə verən ukraynalı qadın yaxalanıb.
Metbuat.az bildirir ki, hadisə Türkiyədə baş verib. İstanbulda yaşayan cütlük 6 ay öncə uşaqlarına baxması üçün ukraynalı qadın Nadia Şapovalı işə götürüb. Hadisələr də bundan sonra cərəyan etməyə başlayıb.
Nadia işə başladıqdan bir müddət sonra valideynləri uşağın bədənində göy izlər görüblər. Onlar dayədən şübhələndikləri üçün evə gizli kamera yerləşdiriblər. Lakin bir müddətdən sonra aralarında mübahisə yarandığı üçün ailə ukraynalı dayəni işdən çıxarıb. Dayə evdən gedəndən bir müddət sonra ailə gizli kameralardakı görüntüləri izləməyə qərar verib. Görüntüləri izləyən zaman dayənin azyaşlı uşağı döyməsi ilə bağlı şübhələr təsdiqini tapıb. Ailə dərhal polisə şikayət edib. Polisdən qaçan dayə uzun müddət davam edən axtarışlardan sonra Türkiyənin Muğla şəhərinin Marmara bölgəsində yaxalanıb. Nəzarət altına götürülən qadın hazırda məhkəməyə çıxarılacağı günü gözləyir.
Qeyd edək ki, sözügedən ailənin Türkiyədə zəngin iş adamları olduğu deyilir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub