Prezident Donald Trampın yeni fərmanına görə, İraq ABŞ ərazisinə vətəndaşlarının daxil olmasına qadağa qoyulan ölkələrin siyahısından çıxarılacaq.
Mynews.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasındakı mənbəyə istinadən “The New York Times” yazır.
D.Trampın yeni miqrasiya fərmanını artıq bu gün imzalayacağı gözlənilir.
Mənbənin sözlərinə görə, yeni fərman ilə həmçinin ABŞ-da istənilən ölkədən qaçqınların yerləşdirilməsinə müvəqqəti qadağanı nəzərdə tutur.
Bununla yanaşı, bu qadağanın nə qədər müddət çəkəcəyi məlum deyil.
Əvvəlki fərmana görə, məcburi köçkünlərin ABŞ ərazisində yerləşdirilməsi 120 gün müddətinə dayandırılmışdı.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub