DƏHŞƏTLİ FAKTLAR: İŞİD-in seks köləsi olmuş qadınlar danışır... Ürəyi zəif olanlar, OXUMAYIN! - FOTOLAR

1242
DƏHŞƏTLİ FAKTLAR: İŞİD-in seks köləsi olmuş qadınlar danışır... Ürəyi zəif olanlar, OXUMAYIN! - FOTOLAR

İŞİD qruplaşması tərəfindən seks qulları kimi istifadə edilən 3 gənc yezidi qadın qaçmağa müvəffəq olub.

Britaniyaya gələn qadınlar başlarına gələn dəhşətli hadisələr barədə BBC-ə danışıblar.

Buşra, Nur və Münirə İraqda İŞİD qruplaşması əlində qalan qohum və yaxınlarını təhlükə altında qoymamaq üçün üzlərini göstərməkdən imtina ediblər.

Qızlar cıhadçıların intiqam alacağından qorxurlar.

"Bizi gündə 5 dəfə zorlayırdılar", - 20 yaşlı Buşra deyir. - Orda olan qızlardan biri ayaq yoluna gedib damarlarını kəsmişdi. Lakin o ölməyəcəyini başa düşəndə boğazını da kəsdi. Keşikçilər mənə yaxınlaşıb dedilər: Get gör ölən sənin rəfiqəndirmi?. Onun üzündə o qədər qan var idi ki, mən rəfiqəmi tanıya bilmirdim. Keşikçilər onu yorğana büküb bayıra atdılar".

Seçim sistemi

İŞİD qruplaşması irəlilədikcə nəzarət altına aldığı əraziləri dini azlıqlardan təmizləyir.
Britaniyaya gələn 3 qadın yezidi qrupuna mənsubdur. İŞİD cıhadçıları hesab edirlər ki, yezidi davamçıları bütpərəst kimi məhv edilməlidirlər.

Buşra cıhadçıların onun kəndinə hücumunu yadına salır: "Bir gecə onlar iki qonşu kənddə basqına keçdilər. Döyüş səhər saat 6-dək davam etdi. Bizim qohumlarımız dedilər ki, kənddən çıxın gedin. Hərçənd ki, kənddəki kürd döyüşçüləri bizə qalmağı və narahat olmamağı tövsiyyə etdilər. Onlar dedilər ki, bizi müdafiə edəcəklər".

Lakin basqının qarşısını almaq mümkün olmadı.

21 yaşlı Nur daha sonra baş verən hadisələri yada salarkən bunları deyir: "Onlar kişiləri qadınlardan ayırdılar. Kişilər güllələnməyə aparıldı. Mənim 7 qardaşımdan yalnız biri sağ qala bilib. Qalan altısı yoxa çıxdı. Anamı başqa yaşlı qadınlarla apardılar. Biz qəbri qazıyanların gəldiyini gördük və daha sonra atəş səsləri eşitdik".

Olaydan yalnız gənc qızlar salamat çıxa bildi. Lakin onların arasında da bir çoxu həyatda qaldıqlarına "görə peşman oldu".

16 yaşlı Münirə deyir ki, İŞİD döyüşçüləri yerli məktəb binasına gətirilən qızları seçib özlərilə aparmağa başladılar.

"İŞİD komandirlərinin yaşları 50-70 arasında idi. Mənim isə 15 yaşım var idi. Məni bir komandir seçdi. Adətən ən gözəl və gənc qızları komandirlər özləri üçün seçirdi".

Bir neçə gündən sonra Münirəni başqa bir komandirə satdılıar. "Məni Əbu Abdullaya satdılar. O məni zorladı. Bir neçə gündən sonra məni Emada satdılar. Qaçmasaydım, o da məni daha başqa birisinə satacaq idi".

Amansızlıq

Əsirdə qalarkən qızlar müntəzəm döyülüb zorlanırdı. Lakin onlar əldən düşsələr də, daima qaçmaq fürsətini axtarırdılar. Birində pəncərədən qaçmağa cəhd göstərərkən Nur "sahibi" Salman tərəfindən yaxalandı.

"Salmanla keşikçilər məni döyməyə başladılar. Onlar mənim üstümdə siqaret söndürürdülər. Salman mənə soyunmağı əmr etdi".

Bundan sonra otağa 6 keşikçini buraxan Salman Nura cəzalandırılacağını bildirdi.

"Onlar məni amansızcasına zorlayırdılar... bilmirəm neçə dəfə", - Nur deyir.

İŞİD əsirliyindən qaçmağa müvəffəq olan qızlar bir müddət İraqdakı qaçqın düşərgəsində yaşayıblar.

Daha sonra AMAR Foundation xeyriyyə cəmiyyəti onların Britaniyaya səfərini təşkil edib. Bu səfər gedişatında İraqdan gələn qadınlar britaniyalı gənclərlə görüşərək İŞİD-ə qatılmaq fikrində olanları bu niyyətdən daşındırmağa çalışıblar.

Nur, Buşra və Münirə bu məqsədlə, o cümlədən Bristol şəhərindəki məktəblərdən birinə baş çəkiblər.

Bu məktəb şagirdlərindən biri - 15 yaşlı Yusra Hussein İŞİD-ə qoşulmaq üçün Yaxın Şərqə yola düşüb.

18 yaşlı Nasra Ahmed sosial şəbəkələr vasitəsilə Yusra ilə yanaşı cihadçı hərəkatına qoşulan başqa gənclərlə əlaqə saxladığını deyir.

Nur deyir ki, qızlara yaxşı ev, ər və pul barədə verilən vədlər boş sözdür: "Onlara yaxşı ev, qulluqçu və avtomobil vəd olunur. Lakin bunlar yalandır".

Bristoldan olan daha bir məktəbli, 14 yaşlı İkram Hasan soruşur: "İŞİD-ə qoşulmaq istəyən başqa qızlara hansı məsləhəti verərdiniz?"

"Mən sadəcə olaraq deyərdim ki, "Ora getməyin!", - Münirə deyir. - Orda sizi döyəcəklər, zorlayacaqlar və başqa kişilərə satacaqlar. Onlar sadəcə olaraq, cinayətkarlardır".

Birmingham şəhərindəki məktəbdə müəllimlər və yerli müsəlman icmasının liderləri şagirdlərə İŞİD barədə məlumat verərək hərəkatın "dəhşətli cinayətlərini" əks etdirən videonu nümayiş etdirirlər.

Məktəb şagirdlərinin əksəriyyəti müsəlmandır. İraqdan gələn yezidi qadınların zala daxil olması vaxtı təmkinlə videoları izləyən məktəblilər arasında canlanma yaşanır.

Nur məktəblilərə zorlama və qətllərdən bəhs etməyə başlayarkən deyir ki, hər dəfə Yaxın Şərqə gedənlər barədə eşidəndə təəssüf keçirir.

"Mən gördüyüm və yaşadıqlarımın başqalarının başına gəlməsini istəmirəm".

Belə görünür ki, onun söylədikləri məktəblilər arasında sarsıntı hissi yaradır. Şagirdlərdən biri yezidilərin başlarına gətirilənlərə görə müsəlmanların adından üzr istəyir.

Görüşdən sonra gənc yezidi qadınlar yenidən İraqa qayıtmağa hazırlaşırlar. //Milli.Az

Xəbər lenti