ABŞ prezidenti Donald Tramp Novruz bayramını qeyd edən bütün insanları təbrik edib.
Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, bayramla əlaqədar yazılı açıqlama verən Tramp daha sonra İran rejimini sərt şəkildə tənqid edib.
"Dünyada baharın gəlişini qeyd edən milyonlarla insanın Novruz bayramını təbrik edirəm. Bu gün İran xalqı başqa bir problemlə qarşı-qarşıyadır: Xalqa xidmət etmək əvəzinə özlərinə xidmət edən idarəçilərə. Bundan 2500 il öncə Dara tanrıdan İran xalqını 3 şeyə qarşı qorumasını istəyir. Düşmən orduları, quraqlıq və yalançılıq. Bu gün İran İnqilab keşikçiləri Ordusu bu üçünü də təmsil edir".
ABŞ Xarici İşlər Nazirliyi də bayram münasibətilə təbrik mətni yayıb:
Təbrikdə deyilir:
"ABŞ Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qığızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və dünyanın digər bölgələrində Novruz üçün bir araya gələn hər kəsə xoş arzularımızı çatdırırıq".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub