Myanma prezidenti U Txin Çjo istefa verib.
Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, 71 yaşlı U Txin Çjo 2016-cı ilin martında parlamentdə prezident seçildikdən 2 il sonra istefa verib.
U Txin Çjonun istirahət etmək üçün istefa verdiyi açıqlanıb. Bundan əvvəl prezidentin səhhəti ilə bağlı istefa verəcəyi barədə xəbərlər yayılsa da, Myanma hakimiyyəti bu xəbərləri təkzib etmişdi.
Qeyd edək ki, U Txin Çjo 1962-ci ildə hərbi çevrilişdən sonra hərbiçilərin təmsilçisi olmayan ilk prezident olub. Universitet professoru olan U Txin Çjo həm də Demokratiya Uğrunda Milli Liqanın lideri, Nobel mükafatı laureatı Aun San Sunun yaxın dostu və tərəfdarı olub.
Parlament qarşıdakı 7 gün ərzində yeni prezident seçəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub