“Azərbaycan Gürcüstanın sadiq dostu və strateji tərəfdaşıdır”.
Mynews.az-ın məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Marneuli sakinlərinə Novruz bayramı münasibətilə ünvanladığı təbrik müraciətində deyilir.
Baş nazir qeyd edib ki, Gürcüstan azərbaycanlılarının tarixi vətənləri olan Azərbaycanla əlaqələrini itirməməsini alqışlayır: “Biz bir ölkənin övladlarıyıq. Bizim əcdadlar birgə yaşayıb, kədər və sevinci bölüşüblər. Biz beləyik və bizim övladlar da bu ənənəni davam etdirəcəklər”.
G.Kvirikaşvili azərbaycanlılara sülh, xoşbəxtlik, sevinc və tərəqqi arzu edib.
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də marneuliləri bayram münasibətilə təbrik edib: “Siz dövlət quruculuğuna verdiyiniz töhfə ilə fəxr edə bilərsiniz. Sizə ölkə naminə böyük uğurlar arzu edirəm”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub