“Ölkə.Az” xəbər verir ki, bunu Çinin xarici işlər nazirliyinin nümayəndəsi Xua Çunyin deyib.
“Əgər kimsə bizi belə bir müharibədə iştirak etməyə təhrik etsə, biz qorxmarıq. Əgər ABŞ-ın bu fəaliyyəti bizim maraqlarımıza zərbə vursa, biz dərhal qəti cavab tədbirləri görəcəyik”, - deyə nazirlik rəsmisi qeyd edib.
Xua Çunyin əlavə edib ki, rəsmi Pekin Vaşinqtonla münasibətləri korlamaq istəmir:
“Son 40 il ərzində ABŞ-ın Çində böyük bazarı var. Milyonlarla çinli işlə təmin olunub. Bununla yanaşı, iki ölkə arasında anlaşmazlıq var. Trampın Çin mallarına 60 milyard dollarlıq vergi tətbiq etməsi Pekinin narazılığına səbəb olub”.
Bundan başqa, Çin ABŞ-a nota göndərərək Tayvanla əməkdaşlığı dayandırmağa çalışıb. Bu, vahid Çin prinsipinə ziddir. Əks halda Çin-ABŞ münasibətləri korlana bilər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub