Facebook-u başı yenə bəladadır. Belə ki, ötən həftə The Guardian tərəfindən ortaya çıxardılan skandal ilə Facebook günahlandırılır.
Məlumata görə, ABŞ-da seçkilər zamanı Cambridge Analytica adlı şirkət milyonlarla ABŞ vətəndaşının məlumatını siyasi məqsədlər üçün istifadə edib.
ABŞ Federal Ticarət Komissiyası (FTC) Facebook-un 50 milyon istifadəçisinin məlumatını Cambridge Analytica adlı şirkətə verdiyi iddiası ilə istintaqa başlayıb.
Qeyd edək ki, bu məlumatları mediaya Cambridge Analytica-nın köhnə işçisi Christopher Wylie danışıb.
Facebook-un rəhbəri Mark Zuckerberg günlərdir müzakirə edilən məsələ ilə bağlı sakitliyini pozaraq, açıqlama verib.
Mynews.az xarici mediaya istinadən məlumat verir ki, şirkət rəhbəri açıqlamasında səhv etdiklərini qəbul edib.
CNN telekanalına danışan Facebook CEO-su bu skandal səbəbiylə həqiqətən üzgün olduqlarını deyib. O, gizlilik məsələsi ilə bağlı siyasətlərini daha da sərtləşdirəcəklərini açıqlayıb.
Cambridge Analytica skandalı səbəbiylə çətin günlər keçirən Facebook martın 20-də 5 faiz dəyər itirərək son dörd ilin ən pis gününü keçirib. Şirkət bir həftə ərzində 50 milyard dollar itirib./Xeberler.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub