Rusiyada martın 18-də keçirilmiş prezident seçkilərinin yekun nəticələri məlum olub.
Mynews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya Mərkəzi seçki komissiyasının qətnamə layihəsində göstərilən yekun göstəricilərə görə, hazırkı Rusiya prezidenti ümumi səslərin 76,69 faizini toplayaraq, seçkilərdə qalib gəlib.
İkinci yerdə gələn Rusiya Kommunist Partiyasından olan Pavel Qrudinin 11,77 faiz səs toplayıb.
Üçüncü ən yüksək nəticə isə Liberal demokratlar partiyasının lideri Vladimir Jirinovskidə olub. Səsverənlərin 5,65 faizi ona etimad göstərib.
Digər qalmaqallı namizədlərdən olan Kseniya Sobçak (“Vətəndaş təşəbbüsü” partiyası) yalnız 1,68 faiz səs toplayaraq, nəticələrə görə, seçkilərin dördüncüsü olub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub