2007-ci il seçki kampaniyasının maliyyələşməsi məqsədilə keçmiş Liviya diktatoru Müəmmər Qəddafindən qanunsuz yolla maddi vəsait qəbul etməkdə təqsirləndirilən Nikola Sarkozi ittihamlara cavab verib.
Mynews.az “Euronews”a istinadən xəbər verir ki, Fransanın “TF1” telekanalına müsahibə verən Sarkozi, Qəddafinin ona maliyyə yardımı göstərməsinə dair hər hansı maddi sübutun olmadığını bildirib.
“Onun oğlu, mənfur Seyf Qəddafi deyib ki, “Sarkozi bizim pullarımızı qaytarlamılıdır”. Əlavə edib ki, guya onların əlində bununla bağlı fotoşəkillər, yazılar və bank köçürmələrinin qəbzləri və nömrələri var. Bu bəyanatı 16 mart 2011-ci ildə səsləndirib. İndi isə 2018-ci ildir. Heç bir sənəd, heç bir foto, heç bir hesab nömrəsi və ya hər hansı maddi sübut yoxdur, yalnız nifrət var” deyə Sarkozi bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub