Ölən anasının kişi olduğunu öyrənəndə şok olan Tansu adlı gənc qız aradan 1 il keçdikdən sonra ikinci bir şok yaşayıb.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, Tansunun 1994-cü ildə hələ iki günlük körpəykən xəstəxanada anasının yanından oğurlandığı iddia edilib.
Müge Anlının proqramında gündəmə gələn ağılagəlməz olay belə ortaya çıxıb: Keçən ilin 8 mart tarixində İstanbulda yaşayan və 'Handan' adlı bir butiki işlədən Şükran Aktaş (60) qəfil pisləşərək Silivri Dövlət Xəstəxanasına qaldırılıb. Aktaş bütün müdaxilələrə rəğmən dünyasını dəyişib. Həkimlər Aktaşın ölümünü şübhəli hesab edərək cəsədi müayinə ediblər. Bu zaman Aktaşın kişi olduğu ortaya çıxıb. Bu ilginc vəziyyəti Aktaşın əri və 22 yaşlı qızına bildiriblər. Qızı bu xəbərdən şok olub. Aktaşın əri: "Necə ola bilər, mənim ərim qadındır" deyə cavab verib.
Ölən Şükran Aktaşın əri və qızı başqa bir həqiqəti tibb məntəqəsində öyrəniblər. Rəfiqəsi olduğu deyilən Handan Kaya adlı qadının çantasından çıxan Şükran Aktaşın kimliyi də başqa bir qadına aid imiş. Aparılan araşdırmalarda ölən qadının əsl adının Nail Ç. olduğu, saxta diplomla xəstəxanalarda tibb bacısı kimi işlədiyi üzə çıxıb.
Müge Anlının proqramına qatılan Aysel Başar adlı qadın "1994 -cü ilin 28 fevralında Çorlu Dövlət Xəstəxanasında qız övladım dünyaya gəldi. Uşağım xəstəxanda oğurlandı. Tansu mənim qızım ola bilər" deyib.
Qız DNT testinə icazə verib. Nəticələr gözlənilir.
1
Müəllimi güllələyən şagirdlə bağlı ilginc faktlar: "Deyirdi ki, bir gün güllələyəcəm..."
1127 dəfə oxunub
2
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
1036 dəfə oxunub
3
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
1018 dəfə oxunub
4
"Günahkar valideyndir" - Təhsil eksperti
1014 dəfə oxunub
5
At ətini Bakıya gətirib satmaq istəyənlər tutuldu
1010 dəfə oxunub