Rusiyanın İrkutsk vilayətində yolda və dalanda dayanan dəmir yolu qatarlarının vaqonlarından oğurluq edən Azərbaycan vətəndaşı saxlanılıb.
Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Nəqliyyatda Şərqi Sibir Xətt İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Azərbaycan vətəndaşı uzun illər İrkutsk vilayətinə pul qazanmaq üçün gəlib, lakin qastarbayter bu mövsüm iş tapa bilməyib və özünə asan qazanc yolu seçib. O, dalanlarda dayanmış yük vaqonlarını qarət etməyə başlayıb. Miqrant dəmirkəsən qayçı ilə konteynerlərin qapılarını açaraq oradan malları götürürmüş. O, vaqonlardan ümumi dəyəri təqribən 8 min 824 dollar olan (500 min rubl) yem qatışığından tutmuş tikinti alətlərinə qədər mal aparıb.
Hazırda Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub