Mynews.az apa-ya istinadən xəbər verir ki, bunu BMT-nin Fövqəladə Hallar Yardım Koordinatoru Mark Lokok deyib.
O bildirib ki, yaşanan münaqişələr, ekstremal hava şəraiti və ərzağın qiymətlərinin artması faciəvi humanitar vəziyyətlərə gətirib çıxarır.
M.Lokokun sözlərinə görə, ac xalqların üçdə ikisi münaqişə zonalarında, ac uşaqların təxminən 80 faizi və ya 155 milyonu müharibə şəraitində yaşayır.
BMT rəsmisi əlavə edib ki, silahlı münaqişələr 18 ölkədə aclığa səbəb olub ki, onlardan da 15-i Afrika və Yaxın Şərq bölgəsində yerləşir.
Təbii fəlakətlər, ilk növbədə quraqlıq 23 ölkədə qida böhranı yaradıb. Bu ölkələrin üçdə ikisi Afrika qitəsində yerləşir.
Münaqişə zonalarına göndərilən humanitar işçilərin də zərər çəkdiyini qeyd edən M.Lokok bildirib ki, təkcə Somalidə ötən il 116 humanitar işçi istismara məruz qalıb, o cümlədən 16 nəfər ölüb, 31 nəfər oğurlanıb.
BMT-nin yaydığı yeni hesabatda qeyd edilib ki, 2018-ci ildə qarşıdurmalar Əfqanıstan, Mərkəzi Afrika, Konqo, Nigeriyada, Çad bölgəsində, Cənubi Sudan, Suriya, Liviya, Mali və Nigerdə ərzaq böhranları yarada bilər. Quraqlıq hava şəraiti Seneqal, Çad, Niger, Mali, Mavritaniya və Burkina Faso da daxil olmaqla Somali, Efiopiya, Keniya, Qərbi Afrika ərazilərində aclığa səbəb ola bilər. Bu gün üçün ərzaqla bağlı ən çətin vəziyyət Yəməndə müşahidə olunur və proqnozlara görə, gələn il bu ölkədə vəziyyət daha da pisləşəcək.
1
Müəllimi güllələyən şagirdlə bağlı ilginc faktlar: "Deyirdi ki, bir gün güllələyəcəm..."
1127 dəfə oxunub
2
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
1036 dəfə oxunub
3
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
1018 dəfə oxunub
4
"Günahkar valideyndir" - Təhsil eksperti
1014 dəfə oxunub
5
At ətini Bakıya gətirib satmaq istəyənlər tutuldu
1010 dəfə oxunub