Rusiyanın Yekaterinburq şəhərində tikintisi yekunlaşmamış teleqüllə sökülüb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, inşasına sovet dövründə başlanılmış teleqüllə sökülərkən qırıntıların yayılmasının qarşısını almaq üçün tikilinin ətrafına xüsusi tor quraşdırılıb.
Söküntü işlərindən əvvəl bir neçə metr ərazidə küçə bağlanıb, yaxınlıqdakı binaların sakinləri təxliyə olunub.
Qeyd edək ki, 220 metrlik qüllənin Rusiyada "Ostankino"dan sonra ikinci ən hündür teleqüllə olacağı planlaşdırılırdı. 1983-cü ildə inşasına başlanılmış teleqüllənin tikintisi 1991-ci ildə maliyyə çatışmazlığı səbəbindən yarımçıq qalıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub