Mynews.az xəbər verir ki, bu barədə modern.az-a Komissiya üzvü Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, may ayında prezident tərəfindən növbəti əfv sərəncamının imzalanacağı gözlənilir:
"Bildiyiniz kimi bu, ölkə başçısının səalhiyyətində olan məsələdir. Bu məsələlərdən irəli gələn işlərin icrası isə Əfv Məsələləri Komissiyasının öhdəliyindədir. Biz də böyük ümidlə gözləyirik".
Qeyd edək ki, növbəti əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanacağı gözlənilirdi. Komissiyadan verilən məlumata görə, müraciətlər həddindən çox olduğundan, onların hamısına baxılaraq rəy hazırlanması qısa zamanda mümkün olmayıb.
Xatırladaq ki, respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, işi yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub