ABŞ-da yarı avtomatik silahların avtomatik silahlara çevrilməsində istifadə olunan aparatların istifadəsi qadağan edilib.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Tvitter hesabında verdiyi açıqlamada məsələ ilə bağlı Ədliyyə Nazirliyini təlimatlandırdığını bildirib:
“Obama administrasiyası bu aparatları qanuniləşdirmişdi. Mən bu gün söz verirəm ki, Ədliyyə Nazirliyi bu aparatların qadağan olunması barədə bəyanat verəcək. Qanuni silahları qeyri-qanuni avtomatik silahlara çevirən bütün aparatları qadağan edəcəyik”.
Qeyd edək ki, ABŞ-da 1986-cı ildən etibarən avtomatik silahların istifadəsi qadağan edildiyi halda, 2010-cu ildə bu qərar ləğv edilmişdi.
Buna baxmayaraq, ölkədə hələ fərdi silahlanma ilə bağlı qanun sərtləşdirilməyib. Məhz buna görə də kütləvi cinayət hadisələri baş verir. Son günlərdə buna etiraz edən minlərlə amerikalı kütləvi etiraz aksiyaları keçirməyə başlayıblar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub