Tarix yüzlərlə müharibəyə şahidlik etsə də, onlardan bəziləri daha yaddaqalan və unudulmaz olur. 1788-ci il sentyabrın 17-də başlayan Osmanlı-Avstriya müharibəsi də onlardan biridir.
Mynews.az dünyanın ən tragikomik müharibəsinin tarixçəsini təqdim edir.
Belə ki, həmin gün əslində iki tərəf müharibəyə hazırlaşsa da, Osmanlı ordusu olmadan Avstriya yüzlərlə əsgərini itirib.
Həmin gecə 100 minlik Avstriya birlikləri Karansebes bölgəsində osmanlılarla müharibəyə hazırlaşırdı. Daha sonra komandirin əmri ilə Hussular adlı süvarilər ətrafda axtarış üçün təlimatlandırılıdı. Ətrafda araşdırma aparan əsgərlər Osmanlı əsgəri ilə qarşılaşmadı. Bir müddət kəndin ətrafında gəzəndən sonra geri qayıtmaq qərarına gəliblər. Bu zaman isə qaraçılarla qarşılaşıblar.
Qaraçılar əsgərlərə bir içki növü olan "Sçapps" almağı təklif edib. Bu fikir Hussuların xoşuna gəlib və onlar çəlləklə kəndə doğru geri qayıdıblar. Müharibə bölgəsinə yaxın yerdə isə əsgərlər içkinin dadına baxıb və artıq geri qayıtmaq fikrindən daşınıblar. Bu zaman hussuları axtaran Avstriya piyada birlikləri ilə aralarında münaqişə başlayıb. Hussular içkilərini onlarla paylaşmaq istəməyib, ərazi müharibə meydanına çevrilib. Əsgərlərdən biri Hussuların qorxması üçün "Turcii, turcii" deyə qışqırıb. Qaraçı dilində bu söz "türk" deməkdir. Kəşfiyyat üçün göndərdikləri əsgərlərin geri qayıtmaması ordu komandirini narahat edərkən yaxınlıqdan gələn atəş səsləri bu gərginliyi bir az da artırır. Onlar da osmanlıların gəldiyini düşünüb və səsin gəldiyi tərəfə hərəkət ediblər.
Avstriya ordusunda italyanlar, slavyanlar, avstriyalılarla yanaşı, müxtəlif etnik qruplardan əsgərlər toplanıb. Buna görə də bəzən ortaq dil məsələsində çətinlik çəkiblər. Bu səhv anlamaya görə də həmin gecə nə bir türk, nə bir osmanlı olmadan dəhşətli müharibə baş verib. Avstriyalılar öz əsgərlərinə atəş açıblar. Bir çəllək içki səbəbindən Avstriya ordusu 10 min əsgərini itirib.
İki gün sonra Osmanlı ordusu kəndə gələndə gördükləri qarşısında şok olub. Heç bir əsgər belə itirmədən bir bölgəni daha öz imperiyası sərhədlərinə daxil edib. Bu da tarixin ən tragikomik müharibəsi kimi tarixdə qalıb. (publika.az)