Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Mynews.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycannın Rusiyadakı səfirliyinə verilən ilkin məlumata əsasən, ticarət mərkəzindəki yanğında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.
11:24
Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.
Mynews.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfirliyi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadırlar.
Qeyd edək ki, “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 53 nəfər ölüb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub