Avstriyanın yeni Baş naziri Sebastyan Kurzun Türkiyə ilə bağlı açıqlamaları davam edir.
Mynews.az-ın Oxu.Az-a istinadən məlumatına görə, baş nazir "Bild am Sonntag" qəzetinə müsahibə verib. O, müsahibəsində Türkiyənin yürütdüyü siyasətindən danışıb.
Türkiyənin siyasətini tənqid edərək Aİ-yə daxil olmaması lazım olduğunu iddia edib.
"Mənə görə, xüsusilə son illərdə Türkiyənin yürütdüyü siyasət ucbatından Aİ-də yeri yoxdur" deyən Kurz, Türkiyə ilə Aİ arasındakı müzakirələrin kəsilməsinin "dürüst" olacağını deyib.
Qeyd edək ki, ötən ilin 18 dekabr tarixində Avstriya Baş Naziri kimi vəzifəyə gəlməzdən əvvəl Xarici İşlər Naziri olan Kurz o vaxt da Türkiyənin Aİ ilə müzakirələrinə son verilməsinin lazım olduğunu bildirmişdi.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub