Yerin kürə yox, müstəvi şəklində, düz olmasına sidq-ürəkdən inanan amerikalı Mayk Hyuz hazırladığı raketlə uçuş edib.
Milli.Az ABC-yə istinadən bildirir ki, 61 yaşlı Mark Hyuz ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles şəhərindən 320 km aralıdakı Mohave səhrasında eksperimentini gerçəkləşdirib.
Qarajda yığdığı və hazırladığı əldəqayırma, buxar mühərriki ilə işləyən "raket" vasitəsilə 520 metr yüksəkliyə qalxan M.Hyuz raketin buraxılış yerindən 450 metr aralıda paraşütlə enib.
Eniş zamanı raketin burnu parçalanaraq iki yerə ayrılıb. Həvəskar pilotsa xəsarət almayıb. O, sadəcə, belindəki ağrılardan şikayətlənib.
"Eksperimentdən razı qaldım. Qorxmağım, geri çəkilməyim, niyyətimdən əl çəkməyim barədə söhbətdərdən usandım. Raket hazırlamadığımı deyirdilər. Şayiələrin yalan olduğunu göstərdim", - Mark Hyuz söyləyib.
Limüzin sürücüsü olan 61 yaşlı Mark Hyuz Yerin kürə yox, düz məkan olduğunu sübut etmək üçün yeni raket hazırlayacağını söyləyib.
Hyuz 3 il əvvəl, 2014-cü ildə Arizona ştatında da raketlə uçmuşdu. 400 metri qət edən Hyuz yerə bərk dəydiyindən enişdən sonra üç gün özünə gəlmişdi.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub