Rusiya prezidenti Vladimir Putin “Зимняя вишня” ticarət mərkəzində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı Kemerovada iclas keçiririb.
Mynews.az Oxu.Az-ə istinadən xəbər verir ki, iclasın gedişatı zamanı o, hadisənin başvermə səbəbləri sırasında laqeydlik və səhlənkarlığı xüsusi qeyd edib:
“Bizdə nə baş verir? Bu, axı nə müharibə, nə də şaxtada qəfil metan partlayışıdır. İnsanlar, uşaqlar istirahət etməyə gəliblər. Biz demoqrafiyadan danışırıq və nəyə görə bu qədər insanı itiririk? Cinayətkar laqeydlik və səhlənkarlığa görə”.
Rusiya lideri İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə tapşırıq verib:
“Hər bir rəsmi şəxsin hərəkətlərinə hüquqi qiymət verilsin. Pulsuz arayış almaq olmaz, amma pulla nə gəldi imzalayırlar”.
Bastrıkin istintaq çərçivəsində bir çox sənədin araşdırıldığını bildirib.
İK-nin rəhbəri əlavə edib ki, 1968-ci ildə tikilmiş qənnadı zavodunun binası, çox güman ki, 2013-cü ildə qanun pozuntuları ilə yenidən təmir edilərək alış-veriş mərkəzinə çevrilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub