Türkiyə Böyük Millət Məclisində (TBMM) növbəti qalmaqal və gülməli hadisə yaşanıb.
Mynews.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, CHP-nin TBMM-dəki növbəti qrup toplantısını izləmək üçün gələn şəxsi polis qapıda saxlayıb.
Buna səbəb Cafer Darı adlı şəxsin üzərinə “Mustafa Kemalin askerleriyiz” sözləri yazılmış və Atatürkün fotosu olan köynək geyinməsi olub.
Polis heç bir səbəb gətirmədən C. Darıya qarşı fiziki güc işlədərək, köynəyi onun əynindən çıxarıb və o, köynəksiz TBMM-ə daxil olmaq məcburiyyətində qalıb.
Bu isə nəticədə qalmaqala səbəb olub.
CHP-li millət vəkili Mahmut Tanalın işə qarışmasından sonra həmin şəxsin köynəyi qaytarılıb və C. Darı yenidən köynəyini geyinərək CHP-nin qrup toplantısını izləmək üçün zala daxil olub.
1
Müəllimi güllələyən şagirdlə bağlı ilginc faktlar: "Deyirdi ki, bir gün güllələyəcəm..."
1127 dəfə oxunub
2
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
1036 dəfə oxunub
3
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
1018 dəfə oxunub
4
"Günahkar valideyndir" - Təhsil eksperti
1014 dəfə oxunub
5
At ətini Bakıya gətirib satmaq istəyənlər tutuldu
1010 dəfə oxunub