Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdinin əsas siması - FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənlə bağlı daha bir maraqlı məqam ortaya çıxıb.
Mynews.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, F. Gülənin 49 yaşından “yaşlılıq maaşı” aldığı və bununla uzun illər Türkiyə Dövlət Sosial Müdafiə Fondunu aldatdığı, ona külli miqdarda maddi ziyan vurduğu üzə çıxıb.
Yəni, onun Ərzurumda qardaşına məxsus mətbəədə işləmədiyi halda, oranın işçisi kimi göstərilib, 49 yaşından “yaşlılıq maaşı” aldığı məlum olub.
Bununla bağlı Gülənə ayrıca cinayət işi qaldırılıb və mətbəənin sahibi olan qardaşı Salih Gülənlə birgə onun fırıldaqçılıq, aldatma və rəsmi sənədlərdə saxtakarlıq cinayətlərindən 15 ilə qədər həbsi tələb edilib.
Qeyd edək ki, Gülənin “yaşlılıq maaşı” 15 iyul hadisələrindən sonra kəsilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub