ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən təsdiq olunmuş ABŞ büdcəsini imzalayıb.
Mynews.az xəbər verir ki, büdcəyə əsasən, Ukrayna və Gürcüstandan fərqli olaraq, Ermənistan maliyyə yardımı almayacaq.
Erməni saytı Verelq.am büdcə layihəsinin mətnindən sitat gətirərək yazır:
“Gürcüstana yardım qismində 105 milyon 325 min dollar təqdim olunmalıdır. Ukrayna isə 420 milyon 700 min dollar həcmində yardım almalıdır”.
Bu məbləğə Ukraynaya 200 milyon dollar həcmində hərbi yardım daxil deyil.
Xatırladaq ki, bundan əvvəl Ermənistana 60 milyon dollar həcmində yardım ayrılması üçün 37 amerikalı konqresmen müraciət etmişdi. Onlar 30 milyon dollar iqtisadi, 30 milyon dollar hərbi yardım və 20 milyon dollar Yaxın Şərqdə yaşayan erməni qaçqınlar üçün yardım istəyiblər.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub