Misirin hazırkı prezidenti Əbdül Fəttah əs-Sisi ilkin nəticələrə görə, seçkilər zamanı 21,5 milyon seçicinin səsini toplayıb və 2018-2022 illər üçün Misirə başçılıq edəcək.
Mynews.az bildirir ki, bu barədə Misirin dövlət qəzeti “Ahbar əl-Youm” xəbər verir.
Nəşriyyat qeyd edir ki, Əs-Sisinin prezident kreslosu uğrundakı mübarizədə tək rəqibi Musa Mustafa Musa öz xeyrinə cəmi 721 min səs toplayıb.
Səslərin hesablanmasından dərhal sonra gecə saatlarına yaxın, əs-Sisinin seçkidə böyük fərqlə irəlidə olduğu haqda məlumat yayılıb.
Misir əhalisi gələcək hökumət başçısını iki namizəddən birini seçməklə təyin etməli idi. Prezident vəzifəsinə hazırkı lider Əbdül Fəttah əs-Sisi, həmçinin az tanınmış siyasətçi, “Əl-Qəd” (“Sabah”) partiyasının lideri Musa Mustafa Musa iddia edirlər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub