"Real"ın məşhur futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqez "XL Semanal" dərgisinə müsahibə verib.
C.Rodriqez müsahibəsində uşaqlığından və Ronaldo ilə münasibətlərindən danışıb.
24 yaşlı Corcina 17 yaşınadək balet ilə məşğul olduğunu və qayda-qanunlu həyat tərzinə görə baletə borclu olduğunu deyib. O, Argentinada anadan olsa da, bir müddət sonra valideynləri Hueska şəhərinə köçüb və Corcina orada ofisiant işləyib. 19 yaşında isə təkbaşına Madridə gəlib. Bir müddət geyim mağazalarında satıcı işləyib. Tək qaldıqdan sonra uzun müddət çətinliklə və əziyyətlə yaşadığını etiraf edib.
İngiltərədə ingilis dilini öyrənmək üçün 4 aylıq kursa gedib və Madridə qayıtdıqdan sonra "Gucci" firması ilə işləməyə başlayıb. Ronaldo ilə də həmin vaxt tanış olub. Corcina deyib ki, Ronaldo ilə Parisdə paparatsilərə yaxalandıqdan sonra şirkətdəki işindən çıxmalı olub.
2016-cı ilin dekabr ayından etibarən Ronaldo ilə birlikdə yaşamağa başlayan Corcina Ronaldonun 3 uşağı olduğunu bilərək münasibətə girdiyini və onlarsız bir həyat təsəvvür etmədiyini deyib.
24 yaşlı fotomodel qeyd edib ki, 10 il sonra da özünü Ronaldonun yanında, 4 uşağı ilə birgə xəyal edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub