Qəzzada "Böyük qayıdış" aksiyası: 16 ölü, 370 yaralı.. - VİDEO

841
Qəzzada "Böyük qayıdış" aksiyası: 16 ölü, 370 yaralı.. - VİDEO

Qəzzada keçirilən etiraz aksiyası zamanı İsrail hərbçiləri ilə toqquşmalarda azı 16 Fələstin vətəndaşı ölüb, yüzlərlə vətəndaş yaralanıb.

Mynews.az Milli.Az-a istinadla xəbər verir ki, İsrail hökumətindən qaçqınların doğma vətənlərinə qayıtmalarını tələb edənlərin "Böyük qayıdış" adlandırdıqları yürüşündə iştirak edən fələstinlilər İsrail sərhədi yaxınlığında beş məntəqədə çadır düşərgəsi qurublar.

İsrail ordusunun məlumatına görə, aksiyada 30 000-dən çox insan iştirak edir. Onlar aksiyanı dağıtmaq üçün dronlar vasitəsi ilə gözyaşardıcı qazdan istifadə ediblər.

Aksiyaçılar əllərindəki üzərində "X" olan Tramp posterlərini yandırıb, Trampın 2017-ci ilin dekabr ayında verdiyi Yerusəlimin ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanındığı və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Yerusəlimə köçürülməsi ilə bağlı bəyənnaməyə də etiraz ediblər.

6 həftədir davam edən aksiyadan qorxuya düşən İsrail ordusu sərhəddə snayperçilər də daxil olmaqla yüzlərlə xüsusi təlim almış hərbçilər yerləşdirib.

Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyinin verdiyi məlumatda bildirilir ki, İsrail hərbiçiləri tərəfindən 16 Fələstin vətəndaşı öldürülüb, 400-dən çox vətəndaş müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb.

İsrail ordusunun verdiyi məlumata görə, üsyançılar yanan təkərləri sərhəddə dayanan İsrail əsgərlərinin üzərinə atıblar. Onlar isə üsyanı dağıtmaq üçün atəş açıblar.

Etiraz aksiyasının iştirakçıları uşaqlarını xəsarət almasınlar deyə bölgədən uzaqlaşdırıblar. Lakin onlarla fələstinli gənc təşkilatçıların qadağalarına məhəl qoymayaraq toqquşma baş verən əraziyə gəliblər.

 

Toqquşmalar zamanı sərhəd yaxınlığında tarlada işləyən 27 yaşlı Fələstin vətəndaşı ölüb.

Fələstin BMT Təhlükəsizlik şurasını İsrailin Qəzza zolağındaki hərəkətlərini qınamağa çağırıb. Bu barədə Fələstin Dövlətinin BMT-dəki daimi nümayəndəsi Riyad Mansurun yaydığı bəyanatda deyilir.

BMT Təhlükəsizlik Şurası Küveytin təşəbbüsü ilə çağırılan iclasda Qəzza zolağında vəziyyəti müzakirə edəcək.

Birləşmiş Millətlərin məlumatına görə, Qəzzanın 2 milyonluq sakininin 1.3 milyonu qaçqın həyatı yaşayır, onlar yurd-yuvalarından ayrı düşüblər.

Qeyd edək ki, Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib.

Xəbər lenti