Bakı Beynəlxalq Avtovağzalında ölüm faktı qeydə alınıb.
Mynews.az xəbər verir ki, bu barədə minval.info-ya hadisə şahidləri məlumat veriblər. Şahidlərin sözlərinə görə, bir qadın avtobuslar yerləşən platformadan özünü aşağı atıb.
Hadisə nəticəsində, qadın ağır kəllə-beyin travması alıb və dünyasını dəyişib. Qadının özünə qəsd məqsədilə bunu etdiyi düşünülür. Çünki o, Bakı Beynəlxalq Avtovağzalında yerləşən ətir dükanında işləyirmiş və daha əvvəl də intihara cəhd edib.
Məlumatı daha da dəqiqləşdirmək üçün Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidməti ilə əlaqə saxlanılıb. Yaşar İsakov məzuniyyətdə olduğu üçün hadisə haqqında məlumatsız olduğunu deyib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub