Hindistanda 28 yaşlı Tazmina Xatun adlı qadın ilk uşağını dünyaya gətirib.
Ailə körpənin ektopia kordis adlı nadir rast gəlinən xəstəliklə doğulduğunu öyrənincə şok yaşayıb.
Ürəyi çöldə doğulan körpəni həkimlər əməliyyat ediblər. Körpənin ürəyi təcili əməliyyatla sinəsinin içinə qoyulub və onun həyatı xilas edilib. Ancaq daha böyük bir əməliyyat keçirməsi vacib olan körpə başqa bir xəstəxanaya köçürülüb.
Anası Tazmina hamiləliyi boyunca hər hansı bir problem yaşamadığını söyləyib.
Milli.Az Daily Mail-ə istinadən xəbər verir ki, doğuma qədər körpənin xəstəliyi bilinməyib.
Qeyd edək ki, ektopia kordis ürəyin sinə xaricində inkişafı ilə ortaya çıxan genetik bir xəstəlikdir.


1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub