“YouTube”-nin Kaliforniyadakı mənzil-qərargahında atışma törədən qadın öldürülüb.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, atışma qara geyimli, üzü bağlı qadın tərəfindən törədilib.
Stenford xəstəxanasına 5-dək yaralı yerləşdirilib. San-Fransisko mərkəzi xəstəxanasına da “YouTube”nin bir neçə işçisinin daxil olduğu bildirilir.
Bəzi mənbələr binaya silahlı hücum etmiş qadının intihar etdiyini bildirir.
Digər təfərrüatlar açıqlanmır.
01:17
ABŞ-ın Kaliforniya ştatında “YouTube” videoportalının baş ofisində silahlı insident baş verib
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, şirkətin San Bruno rayonunda yerləşən kampusunda atəş səsləri eşidilib.
Hadisə yerinə xeyli sayda polis və təcili tibbi yardım əməkdaşları göndərilib,şirkətin əməkdaşları binadan təxliyə edilib.
Güc strukturları təhlükəsizlik məqsədi ilə vətəndaşları ərazidən uzaqlaşdırır.
“YouTube”a sahib olan “Google” şirkəti insidentin araşdırıldığını bildirib.
Qeyri rəsmi məlumatlara görə, odlu silahdan atəş açan şəxs qadındır. Xüsusi təyinatlı polis qüvvələri artıq atıcını zərərsizləşdirib.
Atışmada beş nəfərin yaralandığı bildirilir. Silahlı hücumun motivləri hələ ki, məlum deyil.
Qeyd edək ki, portalın baş ofisində 1700 nəfərə yaxın insan çalışır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub