“Youtube”un baş ofisində intihar edən cənubi azərbaycanlı Nasim Aghdamın atası qızı haqqında “Bay Area News Group”a danışıb.
Oxu.Az xəbər verir ki, 39 yaşlı Nasim “Google”a aid olan binaya günorta saatlarında gəlib.
Ofisin yaxınlığından 20 dəfə atəş açan qadın bir kişi və iki qadın yaralayıb.
Atasının dediyinə görə, özünü veqan sənətçi, məşqçi və heyvan haqları müdafiəçisi kimi tanıdan Nasim tez-tez paylaşımlarının senzuraya məruz qalması və bloklanmasına görə ofisə hücum edib.
Aghdamın daha öncə xeyli baxış sayı toplayan “Youtube” kanalının tənzimlənmələr və silinmələrdən sonra aktivliyini azalıb.
2011-ci ilədək “Nasim Wonder1” adı ilə videolar paylaşan qadının 2017-ci ilin yanvarında videolarının filtrlənməsi onu özündən çıxarıb.
Dəfələrlə şirkətə şikayət edən Nasim videolarına gələn yaş qadağasını heç cür qəbul etmirmiş.
Həmçinin, videolarına görə şirkətin ona pul ödəməməsi Aghdamı özündən çıxarıb.
O, son olaraq “Youtube”un ona qarşı etdiyi “haqsızlığ”a dözməyib və şirkətə hücum edib.
Şirkət işçilərinin dediyinə görə, Nasim hücum edərkən o üzünü şərf və eynəklə gizlədib.
“İki gün telefonlarıma cavab vermədi, polisə gedib itdiyini xəbər verdim. Daha sonra polislər onu tapsalar da, Nasim deyib ki, “Youtube”un ofisinə gedəcək. “Youtube” qızımın videolardan pul qazanmasını dayandırmışdı, ona pul ödəmirdi” -, deyə İsmail Aghdam bildirib.
Ancaq polislər hadisə yerinə gələnədək Nasim üç nəfəri yaralayıb və intihar edib.
Aghdamın “Youtube” kanalı “Nasim wonder1” isə şirkət tərəfindən silinib.
Məlumat üçün bildirək ki, Nasim Aghdam bir müddət əvvəl “Facebook” sosial şəbəkəsində Dəmir Tuman Turanə adı ilə fəaliyyət göstərib. Xüsusən azərbaycanlılar arasında məşhur olan qadının videoları sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirə olunurdu. O, paylaşımlarında daha çox heyvanların qorunmasına diqqət çəkirmiş. Bunun üçün insanları veqan olmağa səsləyirmiş.
O, “Facebook”da paylaşımlarının çoxunu Azərbaycan dilində yazır, videolarında isə İran aksenti ilə Azərbaycan dilində danışırdı.
1
Müəllimi güllələyən şagirdlə bağlı ilginc faktlar: "Deyirdi ki, bir gün güllələyəcəm..."
1127 dəfə oxunub
2
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
1036 dəfə oxunub
3
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
1018 dəfə oxunub
4
"Günahkar valideyndir" - Təhsil eksperti
1014 dəfə oxunub
5
At ətini Bakıya gətirib satmaq istəyənlər tutuldu
1010 dəfə oxunub